Təxminən 114 milyard dollarlıq sərvətlə dünyanın beşinci ən varlı adamı olan Microsoft-un qurucusu Bill Qeyts Hollandiyanın Heineken pivə markasının 3,76 faizini 902 milyon dollara alıb.

"Unikal" xəbər verir ki,  Geyts daha əvvəl demişdi ki, “Mən həqiqətən çox içki içən deyiləm, əsl pivə istehsalçılarını məyus etdiyim üçün üzr istəyirəm”.

Microsoft-un qurucusu Bill Qeyts Hollandiyanın içki nəhəngi Heineken Holding-in 3,76 faiz payını " Mən çox içən deyiləm" dedikdən sonra 902 milyon dollara satın alıb.

Hollandiya Maliyyə Bazarları Müdirliyinin (AFM) qeydlərinə görə, səhm alışı fevralın 17-də baş tutub.

Qeytsin aldığı səhmlər Meksikanın pərakəndə satış və içki şirkəti FEMSA-ya məxsus olub.

FEMSA həmçinin ən böyük müstəqil Coca-Cola qablaşdırma qrupunu idarə edir.

Fevralın 17-də edilən başqa bir səhm satışı rekorduna görə, FEMSA Heineken Holding-dəki 18 milyon səhminin hamısını satıb.

2018-ci ildə Reddit platformasının təşkil etdiyi "Mənə sual ver" tədbirində iştirakçıların suallarını cavablandıran məşhur milyarder "sərt pivə içən biri olmadığını" deyib və aşağıdakı ifadələrdən istifadə edib:

" Beysbol oyunu kimi bir şeyə baxanda, digər pivə içənlərin əhval-ruhiyyəsini artırmaq üçün yüngül bir pivə içirəm. Əsl pivə içənləri məyus etdiyim üçün üzr istəyirəm."