ABŞ-ın Alyaska sahillərində 4,6 bal gücündə zəlzələ qeydə alıblar.

"Unikal" ABŞ Geoloji Xidmətə istinadən xəbər verir ki, təbii fəlakətin episentri təxminən 150 nəfərin yaşadığı Port Qrem şəhərindən 51,2 km şimal-qərbdə olub.

Zəlzələnin ocağı 38 km dərinlikdə yerləşib.

Tələfat və dağıntılar barədə məlumat yoxdur.