Peruda kuryerin çantasından mumiya çıxıb. 

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki,  polis Punoda şəhərində davranışları ilə diqqət çəkən kuryerin çantasında yoxlama aparıb. Nəticədə çantadan mumiya çıxıb. 

Kuryer mumiyanı dostlarına göstərmək üçün çantaya qoyduğunu deyib. "Juanita" adını verdiyi mumiyanı evində televizorun yanındakı qutuda saxladığını deyən kişi, mumiyanı "bir növ mənəvi sevgilisi" olduğunu xarakterizə edib. 

Polis, yaşı 600-800 illik kişiyə aid olduğu düşünülən mumiyanı müsadirə edərək Mədəniyyət Nazirliyinə təhvil verib.