28 fevral 2007-ci ildə Genevieve Lhermitte adlı qadın Mərakeş əsilli əri evdə olmadığı halda, 3-15 yaş arası Yasmine, Nora, Myriam, Mina və Mehdi adlı 5 uşağını qətlə yetirib.

"Unikal" xəbər verir ki, qadın ərinə vida məktubu yazıb daha sonra intihara cəhd edib. Lakin Lhermitte sağ qalıb. 

Lhermitte birinci dərəcəli qətlə görə mühakimə olunub. Psixiatrik müalicə alan qadın məhkəmə zamanı bildirib ki, övladlarını evdəki problemlərə görə öldürüb. Məhkəmə Lhermitteni 2008-ci ildə ömürlük həbs cəzasına məhkum edib.

Həyatı sonradan filmə mövzu olan belçikalı qadın 2019-cu ildə həbsxanadan çıxıb və ölkənin cənubundakı psixiatriya mərkəzinə göndərilib.

Lhermitte evtanaziya (sağalmaz xəstəlikdən əziyyət çəkən insanı həyatdan məhrum etmə təcrübəsi - red). hüququndan istifadə edərək, burada qaldığı müddətdə "çəkdiyi mənəvi ağrıları aradan qaldıra bilmədiyi" səbəbiylə ölmək istəyib. Lhermittenin həyatı 28 fevral 2023-cü ildə, uşaqlarını öldürdükdən düz 16 il sonra xəstəxanada 56 yaşında sona çatıb.

Gülayə Mecid