"Ukraynadakı vəziyyətlə bağlı mübahisələr səbəbindən "G20" xarici işlər nazirlərinin iclasının yekun ümumi sənədi razılaşdırılmayıb".

"Unikal" xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib. 

"Təəssüf ki, Qərbli həmkarlarımız ucbatından bütün "G20" nazirləri bəyannaməni təsdiq edə bilmədi. Eynilə bir il əvvəl İndoneziyanın sədrliyi dövründə baş verdiyi kimi. Onlar Ukrayna ətrafında yaranmış vəziyyət problemini ön plana çıxarır, qondarma "Rusiya təcavüzü" mövzusunda çıxış edirlər", - XİN rəhbəri açıqlayıb. 

Ağarza Elçinoğlu