Xəbər verdiyimiz kimi, Rusiyanın Bryansk vilayətində ukraynalı diversantlarla toqquşma olub.

"Unikal" xəbər verir ki, hadisədən sonra Rusiya prezidentinin sözçüsü Dmitri Peskov açıqlama yayıb. 

O, Bryansk vilayətində ukraynalı diversantların hərəkətlərini terror aktı adlandırıb.

"İndi terrorçuların məhv edilməsi gedir", - Kreml sözçüsü bildirib.

O, həmçinin qeyd edib ki, Rusiya prezidenti Vladimir Putin FSB, Müdafiə Nazirliyi və Milli Qvardiyadan Ukrayna diversantlarının soxulmuş Bryansk vilayətinin sərhəd bölgəsindəki vəziyyətlə bağlı hesabatlar alır. Xüsusilə, FSB rəhbəri Aleksandr Bortnikov, müdafiə naziri Sergey Şoyqu və Milli Qvardiyanın rəhbəri Viktor Zolotov prezidentə hesabat verirlər. 

Peskov vurğulayıb ki, hüquq-mühafizə orqanları Bryansk vilayətində baş verənlərin təfərrüatlarını müəyyənləşdirəcək. Onun sözlərinə görə, təxribatı kimin törətdiyini müəyyən etmək lazımdır.

Gülayə Mecid