Fransanın Lion şəhərində semestr imtahanlarının təxirə salınması məqsədilə 2 lisey şagirdi saxta bomba xəbərdarlığı edib. 

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Camus-Serlenaz Liseyində baş verib. Polis saxta məlumat verən tələbələri saxlayıb.

Tələbələrdən biri etiraf edib ki, liseyə elektron poçtla göndərilən hədələyici bomba bildirişləri onlar tərəfindən edilib. Onlar bu bildirişləri imtahanların ləğvi üçün etdiklərini bildirib.

Prokurorluq dövlət qulluğuna məsul şəxslərə qarşı hədə-qorxu ilə bağlı istintaqa başlayıb və iki orta məktəb şagirdini məhkəmə nəzarəti altında sərbəst buraxıb.

Ağarza Elçinoğlu