Tbilisinin Apellyasiya məhkəməsi Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin səhhəti ilə bağlı azadlığa buraxılmaması barədə birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb.

"Unikal"  xəbər verir ki, bu  barədə "Sputnik georgia" məlumat yayıb. 

Qeyd edək ki, Mixail Saakaşvili 2021-ci il oktyabrın 1-i Tbilisidə saxlanıldığı gün aclıq aksiyasına başlamışdı. O, 50 günlük aksiyadan sonra Qori hərbi hospitalında reabilitasiya kursu keçmiş, 2021-ci il dekabrın 30-na keçən gecə isə 12 saylı Rustavi həbsxanasına köçürülmüşdü. Saakaşvili 2022-ci ilin mayında uzun müddət davam edən aclıq aksiyasından sonra müalicə alması üçün Tbilisidə klinikaya köçürülüb.

Saakaşvili bundan əvvəl iki cinayət işi üzrə qiyabi olaraq mühakimə olunub və ümumilikdə 6 il müddətinə azadlıqdan məhrum olunub.