Belarus hökuməti atom elektrik stansiyasının (AES) tikintisi üçün kreditə dair Rusiya ilə protokol imzalamağı tapşırıb.

"Unikal" xəbər verir ki, Rusiya BelAES-in tikintisi üçün kreditlə bağlı hökumətlərarası sazişin protokol layihəsini razılaşdırmalıdır.

Belarus Nazirlər Kabineti Maliyyə Nazirliyinə Moskva ilə danışıqlar aparmağı və hökumətlərarası kredit sazişi üzrə protokol layihəsini imzalamağı tapşırıb.