Kambocada müxalifət lideri Kem Sokha “dövlətə xəyanət” işi üzrə 27 il ev dustaqlığına məhkum edilib.

"Unikal" xəbər verir ki, paytaxt Pnompen məhkəməsi 2017-ci ildə ləğv edilən Kamboca Milli Xilasetmə Partiyasının (CNRP) lideri Sokhanı vətənə xəyanətdə təqsirli bilib. 

Məhkəmə 27 il ev dustaqlığına məhkum edilən Kem Sokhanın səsvermə də daxil olmaqla bütün siyasi fəaliyyətlərinə qadağa qoyulmasına və ailəsindən başqa heç kimlə görüşə icazə verilməməsinə qərar verib.