"Danışıqlar masası arxasına oturmağa nə vaxt hazır olacaqlarına yalnız Ukrayna tərəfi və onun lideri qərar verə bilər, Rusiya tərəfinin hazırda belə danışıqlar aparmağa hazır olduğuna dair heç bir əlamət yoxdur". 

"Unikal" xəbər verir ki, bu barədə ABŞ Milli Təhlükəsizlik Şurasının sözçüsü Con Kirbi Almaniyanın “Tagesspiegel” qəzetinə müsahibəsində  bildirib.

“Biz hamımız istəyirik ki, bu müharibə bitsin. Ukraynalılar da bunun bitməsini istəyirlər. Lakin müharibənin Ukraynanın müstəqilliyinə və suverenliyinə hörmət edən və prezident Zelenskiyə yaraşan şəkildə başa çatması vacibdir. Zelenski Rusiya prezidenti ilə oturub danışmağa nə vaxt hazır olduğuna qərar verə biləcək yeganə şəxsdir”, - Kirbi bildirib.

O əlavə edib ki, hazırda nə Putin, nə də Zelenski tərəfində belə bir istəyin əlamətləri yoxdur.

Gülayə Mecid