Türkiyə İraq Türkmən Cəbhəsinin Təhlükəsizlik İdarəsinin keçmiş zabiti Əhməd Tahirin sui-qəsd nəticəsində öldürülməsini pisləyib.

"Unikal" xəbər verir ki, bu barədə Türkiyə XİN məlumat yayıb.

Qeyd olunur ki, terror aktı təkcə İraq türkmənlərinin deyil, həm də İraqın sabitliyini hədəfləyir.

"Biz səlahiyyətlilərdən hücumun səbəbkarlarının dərhal müəyyən edilərək məsuliyyətə cəlb olunmasını gözləyirik”, - deyə Nazirlik bildirib.