Azərbaycanda son sutkada 229 nəfər vaksinasiya olunub.

"Unikal" xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Gün ərzində birinci doza vaksinlərin sayı 63, ikinci doza vaksinlərin sayı 41 təşkil edib.

Ölkədə üç və daha çox doza vaksinlərin sayına gəlincə, bu göstərici 107-dir. Pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 18 olub.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 950 050 olub.