Bazar günü İranın paytaxtında yaşayış binasında baş verən partlayış nəticəsində azı 4 nəfər həlak olub.

"Unikal" xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb.

Məlumata görə, azı altı nəfər xəsarət alıb, onlardan üçü xəstəxanaya yerləşdirilib.

Tehran polisi iddia edir ki, evdə partlayıcı maddələrin istehsalı sexi olub.

Hadisə ilə bağlı başqa təfərrüat hələlik açıqlanmayıb.