Erməni apostol kilsəsinin ali ruhani şurası 32-ci ildir ki, Rusiyanın himayəsi altında Azərbaycan Respublikası torpaqlarında fəaliyyət göstərən və "artsax respublikası" adlandırılan separatçı-terrorçu rejimin "müstəqilliyi"ni tanımağa çağırıb. 

"Unikal" xəbər verir ki, bu haqda  "artsakhsfront" teleqram-kanalı məlumat yayıb.

Fevralın 28-dən martın 3-dək "müqəddəs" Üçmiədzinin "ruhani" mərkəzində - erməni apostol kilsəsinin ali "ruhani" şurasının iclası keçirilib.

İclasa bütün ermənilərin katolikosu II Qaregin sədrlik edib. 

"Ruhani şurasının bütün üzvlərinin qəti fikir və qənaətinə görə, yalnız onun müstəqilliyinin tanınması Artsax xalqının təhlükəsizliyinə təminat verə bilər"-xəbərdə belə deyilir.