"Qərb ölkələri münaqişə bitdikdən sonra Ukraynaya təhlükəsizlik zəmanəti verməyə hazırdır".

"Unikal" xəbər verir ki, bunu bazar günü CNN telekanalına müsahibəsində Almaniya kansleri Olaf Şolz deyib .

“Biz sülhün bərqərar olmasından sonra ölkə üçün müəyyən təhlükəsizlik təminatlarını təşkil etməyə hazırıq".

Şolz əlavə edib ki, Qərb ölkələri Ukraynanın bütövlükdə Aİ-yə daxil olmasına etiraz etmir, lakin bunun üçün Kiyev müəyyən edilmiş tələblərə əməl etməlidir. "Biz onlara dedik ki, onlar Avropa İttifaqına daxil olmaq prosesini həyata keçirə bilərlər", - deyən Almaniya kanslerinin sözlərinə görə, onlar bizim üçün vacib olan bütün meyarlar üzrə irəliləyiş əldə etmək üçün çalışırlar.

Fevral ayında The Wall Street Journal Britaniya, Almaniya və Fransanın Ukrayna ilə NATO arasında münaqişədən sonra müdafiə sazişini nəzərdən keçirdiklərini yazmışdı. Qəzet qeyd edib ki, sazişin şərtlərinə əsasən, Kiyev hakimiyyəti müasir hərbi texnika, silah və sursata daha geniş çıxış əldə edə biləcək. Nəşr qeyd edir ki, bu addım Kiyevi Rusiya ilə danışıqlara sövq etmək məqsədi daşıyır.