Hazırda Ukrayna Silahlı Qüvvələrinin (APU) 17 min əsgəri Belarus sərhədi yaxınlığında cəmləşib.

"Unikal" xəbər verir ki, bu barədə STV dövlət telekanalı Belarus Dövlət Sərhəd Komitəsinin bəyanatına istinadən məlumat yayıb .

“Belarus sərhədi bölgəsində Ukrayna 17 minlik hərbçidən ibarət qrup cəmləyib”.

Telekanalın məlumatına görə, Ukraynanın Rovno vilayətində sərhədin möhkəmləndirilməsi üçün tədbirlər görülür.

Ukraynanın Rovno vilayətinin başçısı Vitali Koval bir müddət əvvəl Ukrayna hərbçilərinin Belarusla sərhəddə istehkamları gücləndirdiyini bildirib. Bundan əvvəl Belarusun Dövlət Sərhəd Komitəsi məlumat vermişdi ki, Ukrayna bu ölkə ilə həmsərhəd əraziləri minalamaqda davam edir.