Avropa İttifaqı Rusiyadan qaz və neft tədarükündən asılılıqdan qurtulub.

"Unikal" xəbər verir ki, bunu bazar günü Avropa Komissiyasının (AK) prezidenti Ursula fon der Leyen Almaniya kansleri Olaf Şoltsla birgə mətbuat konfransında deyib.

"Avropanın Rusiya neft və qaz tədarükündən asılılığı artıq keçmişdə qalıb", - AK rəhbəri hesab edir.

Leyen bildirib ki, Rusiya səkkiz ay ərzində Avropaya qaz ixracını 80% azaldıb.