Ukrayna prezidentinin aparatının rəhbərinin müşaviri Mixailo Podolyak Macarıstanın xarici işlər naziri Peter Szijartonu Ukrayna ilə bağlı danışıqlara çağırışlarına görə “şeytanın vəkili” adlandırıb.

"Unikal" xəbər verir ki,  bu bəyanatı siyasətçi öz Tvitter hesabında yayıb.

"Şeytanın vəkili olmaq bəzən sərfəlidir, lakin daha çox tarixi fiaskoya gətirib çıxarır" ,- deyə o şərh edib. 

Podolyakın sözlərinə görə, “insanları öldürməyi və atəşi dayandırmağa” çağıran Szijjarto Ukraynanın soyqırımını və kapitulyasiyasını müdafiə edir. 

Macarıstanın xarici işlər naziri  Peter Szijarto yerli KİV-ə açıqlamasında  Rusiya-Ukrayna müharibəsinin deeskalasiya yolunda “ilk məqsəd insanların öldürülməsini dayandırmaqdır, bu, atəşkəs razılaşması deməkdir, başqa heç nə”, - deyib.