İranın lideri Əli Xamenei bir çox şəhərlərdə qızların təhsil aldığı məktəblərdə baş verən zəhərlənmə hadisəsi ilə bağlı səlahiyyətlilərə "hadisəni ciddi qəbul etməyi və günahkarları ən ağır cəza ilə cəzalandırmağı" tapşırıb.

"Unikal" xəbər verir ki, bu barədə "Mehr" xəbər agentliyi məlumat yayıb. 

Xamenei, “Hakimiyyət məsələ üzərində işləyir və məsələni ciddi şəkildə nəzərdən keçirməlidirlər",-  deyə vurğulayıb.  

Bunun cəmiyyətin ən günahsız hissəsinə, yəni uşaqlara qarşı törədildiyi üçün "böyük cinayət" olduğunu vurğulayan Xamenei deyib: "Kəşfiyyat və təhlükəsizlik qüvvələri hadisənin əsas agentlərini müəyyənləşdirməlidir. Hadisəni törədənlər, cinayətkarlar mühakimə olunmalı və ən ağır cəzalarla cəzalandırılmalıdır".