"Mən yeganə prezident idim ki, o dövrdə Rusiya heç bir ölkəni işğal etmədi".

"Unikal" xəbər verir ki, bunu ABŞ-ın keçmiş prezidenti Donald Tramp deyib.

Eks prezident bunu Rusiya lideri ilə çox yaxşı ünsiyyətdə olması ilə əlaqələndirib. 

"Mən dedim ki, "Vladimir, bunu etmə. Bilirsən ki, biz dostuq. Heç bir ölkəni işğal etmə, çünki o zaman Moskva çox əziyyət çəkəcək'' Mən bu barədə ona danışdım", - Tramp açıqlayıb. 

O, III Dünya Müharibəsinin başlanacağını da istisna etməyib: "Onlar Buşun dövründə Gürcüstanı işğal etdilər, elə deyilmi? Obama ilə birlikdə Krımı işğal etdilər. Baydenlə hər şeyi ələ keçirməyə çalışırlar və bu baş verərsə, o, bunun baş verdiyini belə bilməyəcək. 

Bu vədi verə biləcək yeganə namizəd mənəm. Üçüncü dünya müharibəsinin qarşısını çox asanlıqla alacağam. Çox asan.

Yeri gəlmişkən, əgər bir şey edilməsə, sizi 2024-cü ildə III Dünya Müharibəsi gözləyir". 

Ağarza Elçinoğlu