Belarus məhkəməsi prezidentliyə keçmiş namizəd Svetlana Tixanovskayanı ittiham olunduğu bütün cinayətlərdə təqsirli bilib.

"Unikal" xəbər verir ki, bu barədə BELTA agentliyi məlumat yayıb.

Agentliyin məlumatına görə, məhkəmə Tixanovskayanı qiyabi olaraq 15 il müddətinə azadlıqdan məhrum edib, o, Belarus cinayət məcəlləsinin 10-dan çox maddəsi ilə təqsirli bilinib. Eyni zamanda belaruslu müxalifətçi Pavel Latuşko 18 il müddətinə azadlıqdan məhrum edilib.

Bundan əvvəl dövlət ittihamçısı Minsk məhkəməsindən dövlətə  xəyanətdə və korrupsiyada ittiham olunan belarus müxalifətçiləri Svetlana Tixanovskaya və Pavel Latuşkonun qiyabi olaraq 19 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.Onlar dövlət hakimiyyətini konstitusiyaya zidd yolla ələ keçirməyə cəhddə, ekstremist icma yaratmaqda, sanksiyalara çağırışda və sosial nifaq salmaqda ittiham olunurlar.