Polşanın şərqində, Bila Podlaska şəhəri ərazisində Mi-24 hərbi helikopteri qəzaya uğrayıb. 

"Unikal" xəbər verir ki, bu barədə Polşa Silahlı Qüvvələrinin Baş Komandanlığı “Twitter” səhifəsində məlumat yayıb.

"2023-cü il martın 6-da Byala Podlaska şəhəri yaxınlığında, abadlaşdırılmamış ərazidə uçuş öncəsi sınaqlar zamanı aviasiya qəzası baş verib, nəticədə Mi-24 helikopterinin eniş şassisi və sağ qanadı zədələnib. Hadisə nəticəsində ciddi xəsarət alan olmayıb", - deyə baş komandanlığın məlumatında bildirilir.