Rusiya nümayəndə heyəti və BMT nümayəndələri Cenevrədə görüşəcək.

"Unikal" xəbər verir ki, bu barədə RİA “Novosti” BMT-dəki diplomatik mənbəyə istinadən bildirib.

"Gələn həftə Rusiya nümayəndə heyətinin Cenevrədə BMT nümayəndələri ilə görüşəcəyini gözləyirik", - mənbə bildirib.

Görüşdə Rusiya taxılının və gübrələrinin ixracı ilə bağlı müzakirələrin aparılması gözlənilir.