Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı (WOAH) Fransanın paytaxtı Paris yaxınlığında qırmızı tülkülərdə H5N1 quş qripinin aşkar edildiyini açıqlayıb.

"Unikal" xəbər verir ki, WOAH tərəfindən Fransa səlahiyyətlilərinə əsaslanan hesabatda ölü qağayıların tapıldığı əraziyə yaxın Meaux bölgəsindəki təbiət qoruğunda 3 tülkü ölü tapılıb, tülkülərdən götürülmüş nümunələrdə isə quş qripinə rast gəlindiyi bildirilib.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ötən ay quş qripi hallarının artmasına diqqət çəkərək, hadisələrin artmasını “narahatedici” kimi qiymətləndirib.

İspaniyada bizonlarda, İngiltərədə tülkü və su samurlarında, Peruda dəniz şirlərində və ABŞ-da qrizli ayılarda da quş qripi aşkarlanıb və bütün dünyada 200 milyondan çox quş ölüb.