İsrail hərbçilərinin işğal altındakı İordan çayının qərb sahilinin şimalındakı Cenin qaçqın düşərgəsinə təşkil etdiyi basqında 6 fələstinli ölüb, 11 nəfər yaralanıb.

"Unikal" xəbər verir ki, İsrail qüvvələrinin Cenin düşərgəsindəki bir evi raketlə hədəfə aldığı bildirilib. Basqın zamanı İsrailə məxsus 2 pilotsuz təyyarə fələstinlilər tərəfindən vurulub. Fələstin Səhiyyə Nazirliyindən verilən açıqlamada yaralanan fələstinlilərdən 7-nin Cenin Dövlət Xəstəxanasına, 4-nün isə Cenindəki İbn Sina Xəstəxanasına köçürüldüyü deyilib. Açıqlamada yaralıların əksəriyyətinin canlı güllələrdən yaralandığı bildirilib.