Tbilisinin mərkəzində mitinq başa çatıb, onun keçirildiyi Rustaveli prospektində nəqliyyatın hərəkəti bərpa olunub.

"Unikal" xəbər verir ki, bu barədə Gürcüstan mətbuatı məlumat yayıb.

“Rustaveli prospektində avtomobillərin hərəkəti bərpa olunub. Hüquq-mühafizə orqanları, xüsusi təyinatlılar ərazini tərk edir, su reaktiv maşınları götürülür. Mitinq iştirakçıları da parlamentin ətrafındakı ərazini tərk edirlər”, - deyə KİV yazır.