"Şimali Atlantika Alyansı “Şimal axını” və “Şimal axını 2” qaz kəmərlərinin kim tərəfindən partlatdığını bilmir. Lakin bu təxribat göstərir ki, mühüm sualtı infrastrukturun qorunması vacibdir".

"Unikal" xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq deyib.

"Biz bilirik ki, "Şimal axını" boru kəmərlərinə hücum olub, diversiya aktı törədilib, lakin bunun arxasında kimin dayandığını müəyyənləşdirə bilməmişik”, - deyə Stoltenberq bildirib.