Ukraynanın Odessa, Xarkov, Kiyev və s. kimi iri şəhərləri rus ordusu tərəfindən intensiv atəşə məruz qalır.  

"Unikal" xəbər verir ki,  şəhərlərdə  aramsız partlayış səsləri eşidilir. Ruslar əsasən şəhərlərdəki mülki infrastrukturları hədəf alırlar.

***09:05

Ukraynanın paytaxtı Kiyevdə partlayış səsi eşidilir. 

"Unikal" xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat yayıb. 

Ukraynanın hər yerində hava hücumu xəbərdarlığı səslənib. Bəzi bölgələrdə partlayışlardan dərhal sonra həm fövqəladə, həm də profilaktik elektrik enerjisi kəsilib.

Seymur Əli