Rusiyada Ulyanovsk bölgəsinin Çita rayonunda yaşayış binasında güclü partlayış baş verib. 

"Unikal" xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi açıqlayıb. 

Partlayışın baş verdiyi beşmərtəbəli binanın dağıntıları altından 8 nəfər xilas edilib. 

Hadisə yerində 35 nəfər heyət və 9 texnika işləyir.

Hadisəyə səbəb məişət qazının sızması olub. 

Ağarza Elçinoğlu