Əfqanıstanın Bəlx əyalətində Qubernatorluğun binasına edilən bombalı hücumda qubernator Məhəmməd Davut Muzemmil həlak olub.

"Unikal" xəbər verir ki,  Bəlx Polis İdarəsinin sözçüsü Məhəmməd Asif Vəziri açıqlamasında hücumun Valilikdə yerli rəsmilərin iştirakı ilə keçirilən inzibati iclas zamanı həyata keçirildiyini bildirib.

Hücumda Bəlx valisi Məhəmməd Davut Muzemmil və 2 mülki vətəndaşın həyatını itirdiyini ifadə edən Vəziri, hücumla bağlı istintaq başladıldığını qeyd edib. 

Hadisə şahidləri Valiliyə təcili yardım maşınlarının göndərildiyini və ətraf yolların nəqliyyat üçün bağlandığını bildirib.

Gülayə  Mecid