Rusiya Federasiyası Silahlı Qüvvələrinin hava hücumundan müdafiə sistemi  Bryansk vilayətinin  Navlya kəndi yaxınlığında təyyarə tipli pilotsuz uçuş aparatını vurub.

"Unikal" xəbər verir ki, bu  barədə Bryansk vilayətinin qubernatoru Aleksandr Boqomaz "Telegram"kanalında məlumat verilib.

"Ukrayna Silahlı Qüvvələrinə məxsus təyyarə tipli PUA Navlya kəndi yaxınlığında Rusiya Federasiyası Silahlı Qüvvələrinin hava hücumundan müdafiə sistemi tərəfindən vurulub. PUA məhv edilib, tələfat və dağıntı olmayıb. Əməliyyat xidmətləri yerində işləyir”, - o, teleqram kanalında yazıb.

Boqomaz Ukrayna Silahlı Qüvvələrinin bu pilotsuz təyyarəsi ilə bağlı başqa təfərrüatları açıqlamayıb.

Seymur Əli