"Freddi" tropik siklonu Malavi və Mozambikdə 103 nəfərin həyatına son qoyub.

"Unikal" "İnterfaks"a istinadən xəbər verir ki, qasırğa ilə müşayiət olunan güclü yağışların törətdiyi daşqınlar və torpaq sürüşmələri nəticəsində ölkədə 99 nəfər ölüb, 16 nəfər itkin düşüb. Ən çox ölüm Blantir Kantridə qeydə alınıb.

Hazırda axtarış-xilasetmə işləri davam etdirilir, zərərçəkənlər üçün 39 düşərgə təşkil edilib.

Bundan əvvəl Madaqaskarı siklon vurduğu, 4 nəfərin öldüyü bildirilmişdi. Qasırğanın çərşənbə gününə qədər zəifləyərək Hind okeanına qayıdacağı gözlənilir.

Ağarza Elçinoğlu