Ermənistanın baş naziri Nikol Paşinyan ipoteka ilə mənzil almağı planlaşdırdığını açıqlayıb. 

"Unikal" xəbər verir ki, bu barədə Baş nazir martın 14-də keçirdiyi mətbuat konfransında danışıb.

Siyasətçi partiyasının bir neçə nümayəndəsinin yeni tikililərdə yüksək büdcəli mülklər alması ilə bağlı mətbuatda yayılan məlumatlara münasibət bildirib. O, bunu onların ipoteka ilə etdiklərini deyib. 

"Mən də ipoteka ilə mənzil almaq istəyirəm. İndi mənzilimi satıram amma istədiyim qiymətə alınmır", - Paşinyan qeyd edib.

Ağarza Elçinoğlu