Ermənistanın müdafiə naziri Suren Papikyan İrəvanda səfərdə olan KTMT Baş katibi İmanqali Tasmaqambetovla görüşüb.

"Unikal" xəbər verir ki, Papikyan Ermənistanın gözləntilərini təqdim edib.

Tərəflər beynəlxalq və regional təhlükəsizlik məsələlərini, o cümlədən Ermənistan-Azərbaycan sərhədindəki vəziyyəti müzakirə ediblər.