İsraildə mübahisəli məhkəmə islahatlarına qarşı kütləvi etirazlar davam edir.

"Unikal" xəbər verir ki, İsrailin baş naziri Benyamin Netanyahunun oğlu Yair Netanyahu ölkədə davam edən etirazlarla bağlı sosial media hesabından açıqlamalar verib.

Etirazları ABŞ Dövlət Departamentinin maliyyələşdirdiyini iddia edən Yair, "İsraildəki etirazların arxasında ABŞ Dövlət Departamenti dayanır. Məqsədləri Netanyahunu devirmək və iranlılarla razılaşmaqdır", - deyə ifadə edib. 

Gülayə Mecid