Rusiya pilotsuz uçuş aparatlarının (PUA) müqabilində İrana kibersilahlarla kömək edir.

"Unikal" xəbər verir ki, Moskva Tehranı rabitə-nəzarət avadanlığı, dinləmə cihazları, qabaqcıl foto avadanlıqları və yalan detektorları ilə təmin edir. 

Rusiya çox güman ki, müxaliflərin telefonlarını və sistemlərini sındırmaq üçün İranı daha təkmil proqram təminatı ilə təchiz edib. Məlumata görə, proqram təminatı Rusiyanın Proteus elmi-texniki mərkəzi tərəfindən təchiz olunub. Proteus texnologiyası İran hakimiyyətinə mobil rabitə üzərindən iranlıların mübadilə etdikləri məlumatları ələ keçirməyə imkan verə bilər.