Misir Fironu II Ramzesin tabutu Fransanın paytaxtı Parisə aparılıb. 

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, fironun mumyası Parisdə 5 ay davam edəcək sərgidə nümayiş olunacaq. 

Qeyd edək ki, II Ramzesə məxsus tabut ilk dəfə 1976-cı ildə sərgi üçün Parisə göndərilib. 

"Ramses və Fironların Qızılı" adlı sərgi 6 aprel tarixində açılacaq və burada Misirdən gələn 180 tarixi əsər nümayiş olunacaq.

Ağarza Elçinoğlu