NATO öz təhlükəsizlik imkanlarını gücləndirməyə, Ukraynaya yardım göstərməyə və Rusiyanın təzyiqi altında olan digər tərəfdaşlarına dəstək verməyə davam edəcək.

"Unikal" xəbər verir ki, bunu bu gün Brüsseldə NATO ölkələrinin xarici işlər nazirlərinin iclasının ikinci günü çərçivəsində plenar iclası açan Alyansın baş katibi Yens Stoltenberq bildirib.

“Rusiyanın Ukraynaya qarşı müharibəsi davam edir, prezident Putin sülhə hazırlaşmır, daha böyük müharibəyə hazırlaşır. NATO müttəfiqləri Ukraynaya suveren və müstəqil dövlət kimi qalib gəlməsi üçün lazım olan hər şeyi vermək üçün dəstəyimizi davam etdirmək və artırmaq ətrafında birləşirlər. NATO Moldova, Gürcüstan və Bosniya və Herseqovina da daxil olmaqla Rusiyadan təzyiq hiss edən digər tərəfdaşları da dəstəkləyəcək”, - Stoltenberq qeyd edib.