Ermənistan hökuməti ehtiyatda olan hərbçilərin hərbi təlimlərə cəlb edilməsi barədə qərar qəbul edib.

"Unikal" "Hraparak"  nəşrinə istinadən xəbər verir  ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin bugünki iclasında məlumat verib.  

Onun sözlərinə görə,  2023-cü il mayın 1-dən iyulun 7-si daxil olmaqla, I qrup ehtiyatda olan birinci və ikinci dərəcəli hərbi qulluqçuların, gizir və zabitlərin təlim-məşq toplanışı olacaq. 

Təlimlərə 2 715 nəfər Ermənistan vətəndaş cəlb olunub. 

Gülayə Mecid