"Heç bir ölkə nüvə silahını öz ərazisindən kənarda yerləşdirməməlidir". 

"Unikal" xəbər verir ki, bunu Fransa prezidenti Emmanuel Makron Çinə səfəri zamanı deyib.

Fransa lideri həmçinin Rusiyanı beynəlxalq öhdəliklərə əməl etməyə çağırıb: "Ölkələr, o cümlədən Çin Rusiyaya beynəlxalq öhdəliklərini xatırlatmalıdır".

Öz növbəsində Çin prezidenti Si Cinpin də nüvə silahının Ukraynaya qarşı istifadə edilməli olmadığını vurğulayıb: "Biz qarşıdurmadan qaçmalı, dinc əhalini və uşaqları qorumalıyıq. Biz nüvə, bioloji və ya kimyəvi silahlara, elektrik stansiyalarına hücumlara qarşıyıq".

Ağazra Elçinoğlu