Livanın İsrailə raket hücumları nəticəsində 3 nəfər yaralanıb. 

"Unikal" xəbər verir kiŞ, bu barədə İsrail Təcili Yardım Xidmətindən mətbuata açıqlama verilib. 

Məlumata görə, bir kişi düşmüş raketin parçalarından, bir qadın isə bomba sığınacağına gedən yolda yaralanıb. Digər qadın isə şok vəziyyətindədir.

***16:52

Livandan İsrailə on dəqiqə ərzində 100-dən çox raket atılıb. 

"Unikal" xəbər verir ki, Livanla sərhədlərə yaxın olan qəsəbələrdə xəbərdarlıq sirenləri səsləndikdən sonra havadan müdafiə sistemləri işə düşüb. Məlumata görə, atılan raketlərdən bəziləri dağıntılar törədib. 

Digər raketlər "Dəmir günbəz" sistemi tərəfindən məhv edilib. 

İsrailin baş naziri Benyamin Netanyahunun ofisi elan edib ki, son hadisələrlə bağlı təhlükəsizlik və hərbi qurumların komandirləri ilə məsləhətləşmələr aparılır.

Ağazra Elçinoğlu