"Ümid edirik ki, Çin Ukraynadakı müharibənin həllində öz rolunu oynayacaq və Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə hörmət əsasında ədalətli sülhün əldə olunmasına kömək edəcək. Biz gözləyirik ki, Çin Rusiyaya birbaşa və ya dolayı yolla heç bir hərbi məhsul verməyəcək". 

"Unikal" xəbər verir ki, bunu Avropa Komissiyasının sədri Ursula fon der Leyen Pekində Çin sədri Si Cinpinlə keçirdiyi mətbuat konfransında bildirib.

Eyni zamanda fon der Leyen “Zelenskinin sülh planına qəti şəkildə sadiq qaldığını” vurğulayıb.

Bundan əlavə, Avropa Komissiyasının sədri Çinin Rusiyaya birbaşa və ya dolayı yolla heç bir hərbi məhsul verməyəcəyinə ümid etdiyini deyib.