Türkiyənin milli müdafiə naziri Hulusi Akar amerikalı həmkarı Lloyd Ceyms Ostin ilə telefon danışığı aparıb.

"Unikal" xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Danışıq zamanı NATO, ikitərəfli və regional müdafiə və təhlükəsizlik məsələləri müzakirə edilib.

“Danışıq zamanı Qara Dəniz Taxıl Sazişinin uzadılmasının vacibliyi, Finlandiyanın NATO-ya üzvlüyü, Türkiyəyə “F-16”rın tədarükü və modernləşdirilməsi layihəsinin müsbət nəticələnməsinin əhəmiyyəti ifadə edilib”, - deyə nazirlikdən bildirilib.