"İsrail cəmiyyətində heç bir daxili fikir ayrılığı ölkənin düşmənlərinə zərbə endirməsinə mane olmayacaq".

"Unikal" xəbər veir ki, bunu İsrailin baş naziri Benyamin Netanyahu hərbi-siyasi kabinetin (təhlükəsizlik kabineti) iclasında bildirib ki,

Livanın atəşə tutulmasından sonra keçirilən təhlükəsizlik kabinetinin iclasında Netanyahu vurğulayıb ki, o, “İsrailin düşmənlərinə açıq şəkildə çatdırıb” ki, “daxili fikir ayrılıqları” İsrail hakimiyyətinə “istənilən yerdə və istənilən vaxt” ölkənin düşmənlərinə qarşı fəaliyyət göstərməyə mane olmayacaq.

O, həmçinin qeyd edib ki, İsrail düşmənə “cavab zərbəsi endirəcək” və onlar “hər bir təcavüz aktının əvəzini ödəyəcəklər”.

“Düşmənlərimiz bir daha öyrənəcəklər ki, sınaqdan keçirildiyimiz bir vaxtda İsrail vətəndaşları bir yerdə dayanıb, birləşərək, ölkəmizi və vətəndaşlarımızı qorumaq üçün İDF (İsrail Müdafiə Qüvvələri) və digər təhlükəsizlik qüvvələrinin hərəkətlərini dəstəkləyirlər”-Baş nazir bildirib.

Bundan əvvəl İsrailin müdafiə naziri Yoav Qalant Livan ərazisindən raket hücumundan sonra mümkün cavab tədbirləri görməyə hazırlaşmaq əmri vermişdi və İsrail Xarici İşlər Nazirliyi öz səfirlərinə direktivlər göndərərək, onların yerləşdikləri ölkələrin diplomatik departamentlərinə səlahiyyətlilərin məlumat vermələrini tapşırmışdı.