Ukrayna Silahlı Qüvvələrinin Azov hücumu planının hazırlanmasında Britaniya və ABŞ-dan olan kuratorlar iştirak edib. 

"Unikal" xəbər verir ki, bunu  “Biz Rusiya iləyik” hərəkatının sədri Vladimir Roqov yerli KİV-ə müsahibəsində deyib.  

Onun sözlərinə görə, ukraynalı hərbi komandirlər bu müharibədə ancaq piyondur.

"Zaporojya bölgəsində Azov hücumu planı NATO-nun ABŞ və Britaniyadakı hərbçiləri tərəfindən hazırlanıb”, - Roqov vurğulayıb. 

Buna baxmayaraq, Roqov xatırladıb ki, Rusiya hərbçiləri Ukrayna Silahlı Qüvvələrinin planlarından və hazırlıqlarından hər zaman xəbərdardır.

Gülayə Mecid