Şotlandiyada kişi hamilə arvadını sönmüş vulkan dağından itələyərək öldürüb. 

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, 29 yaşlı Kaşif Ənvər həyat yoldaşı 31 yaşlı Favziyah Cavedi Edinburqdakı "Arthur's Seat" sönmüş vulkan dağından itələyib. Yuvarlanaraq dağın yamacına düşən qadına ətrafdakı turistlər kömək edib. Favziyah insanlara ərinin onu öldürdürmək üçün dağdan aşağı atdığını bildirib. Xəstəxanaya aparılan qadının həyatını xilas etmək mümkün olmayıb. 

Hadisədən sonra Kaşif Ənvər saxlanılıb. O, ilkin ifadəsində arvadının bədbəxt hadisə nəticəsində öldüyünü deyib.  Lakin qadına yardım edən insanlar kişinin arvadını qəsdən öldürdüyü bildiriblər. Kaşif Ənvər barəsində cinayət işi açılıb. Məhkəmə Ənvarı hamilə arvadının ölümündə təqsirli bilib və onu ömürlük həbs cəzasına məhkum edib.