"Bayraktar TB2"nin Qarabağ və Ukrayna müharibələrində qazandığı uğurlardan sonra, sözügedən  PUA Yaponiya ordusunun marağına səbəb olub. 

"Unikal" xəbər verir ki, bu barədə yapon mətbuatı məlumat dərc edib. 

Yaponiya Müdafiə Nazirliyinin 2023-cü maliyyə ili büdcəsi çərçivəsində "Bayraktar" sınaq məqsədilə istifadə olunacaq və Yaponiya Quru Özünümüdafiə Qüvvələri tərəfindən sınaqdan keçiriləcək.

Sınaqlar uğurlu olarsa, Yaponiyanın böyük miqdarda "Bayraktar" sifariş edəcəyi və bu sahədə BAYKAR ilə əməkdaşlıq edəcəyi gözlənilir.

Yaponiyanın Ankaradakı səfiri də aprelin 1-də BAYKAR-da olub və İdarə Heyətinin sədri Səlcuq Bayraktarla görüşüb.

Ağarza Elçinoğlu