Roma Papası Fransisk aprelin 9-dan Ukraynanın döyüş bölgəsində və Ukraynanın Rusiyanın nəzarətində olan bölgələrində Katolik və Pravoslav Pasxa bayramları zamanı iki həftəlik atəşkəs təklif edib.

"Unikal" xəbər verir ki, bu barədə Rusiya KİV-ləri məlumat yayıb. 

Bu il Katolik Kilsəsi Pasxa bayramını qarşıdan gələn bazar günü  yəni aprelin 9-da qeyd edir. Pravoslav xristianlar bunu bir həftə sonra aprelin 16-da qeyd edəcəklər.