Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İrandan olan həmkarı İbrahim Rəisi ilə telefon danışığı aparıb. 

"Unikal" xəbər verir ki, telefon danışığı zamanı İsrailin Fələstinə hücumları müzakirə edilib.

"Türkiyə-İran münasibətləri və İsrailin Məscidül-Əqsaya hücumları da daxil olmaqla, regional inkişaflar müzakirə edilib", - Rəyasət Heyətinin Kommunikasiyalar Müdirliyi açıqlayıb. 

Yeni bir zorakılıq spiralının qarşısını almaq üçün sağlam düşüncənin üstünlük təşkil etməsi lazım olduğunu vurğulayan prezident Ərdoğan, bütün tərəfləri sağlam düşüncəyə yönəltmək üçün təşəbbüslər göstərməyin faydalı olacağını söylədi.

Ağarza Elçinoğlu